Liposaksiya əməliyyatından neçə müddət sonra idmana başlamaq olar?

Liposaksiya əməliyyatından 1 ay sonra idmana başlamaq olar.

Abdominoplastika əməliyyatından neçə müddət sonra hamilə qalmaq olar?

Qarın gərmə əməliyyatından sonra hamilə qalmaq məsləhət deyil, amma yenə də hamiləlik planlaşdırılırsa, 1 ildən sonra olması məsləhətdir. 

Qarın gərmə əməliyyatından sonra korset nə qədər taxılmalıdır?

Qarın gərmə əməliyyatından sonra 3 ay korset taxılmalıdır. 

Süd vəzisinə silikon neçə yaşdan sonra qoyula bilər?

18 yaşdan etibarən süd vəzisinə silikon qoyula bilər.  

Süd vəzi kiçiltmə əməliyyatını ailə həyatı qurmayan gənc xanımlarda etdirə bilərmi?

Beli etdirə biler, bu əməlyyatın gələcəkdə nə hamiləliyə, nə də süd verməyə heç bir mənfi təsiri yoxdur. Dünya statistikasına görə süd vəzi kiçiltmə əməliyyatının 20%-i ailə həyatı qurmayan, gənc xanımların payına düşür.

Liposaksiya əməliyyatını hansı cihazla icra edirsiz?

Liposaksiya əməliyyatını Amerikan markalı cihazlar olan Vaser lipo ve Microaire ile icra edirik. Hər iki cihazın FDA sertifikatı var, bədən üçün tam təhlükəsizdir.