
Mammoplasty
Günümüzdə bir çox qadın üçün məmənin böyüklüyü qadının özünü gözəl, cazibədar və normal hiss etməsində əhəmiyyətli rol oynayır. Məmənin həcminin kiçik olması, 2 məmə arasında asimmetriyanın olması, hamiləlik, çox kökəlib arıqlamaqdan sonra olan kiçik süd vəzini düzəltmək üçün ən çox istifadə edilən əməliyyat növüdür.
Məmə böyütmə əməliyyatı pasientin tam yatızdırıldığı ümumi anesteziya altında həyata keçirilir. Sizin bədən quruluşunuzu və istəklərinizi nəzərə alaraq cərrahınız sizə uyğun protezi sizə uyğun kəsiklə məməyə yerləşdirəcək. Əməliyyat ortalama 1 saat çəkir. Əməliyyatdan sonra 1 gün xəstəxanada yatmaq şərtdir. Əməliyyat bitəndən sonra sizə geyindirilən korsetin 1 ay üzərinizdə qalmağı məsləhətdir. Əməliyyatdan sonra ağrı hissini endirmək üçün sizə ağrıkəsici dərmanlar yazılacaq. Əməliyyatdan sonra 2-5 gün məmələrin gərgin və həssas olması normaldır. Sarğılarınız 5 günə çıxarılacaq. 1 ay ağır qaldırmaq, idman etmək, saunaya, solyariyə, dənizə getmək olmaz. Şişliklərin çox hissəsi 1 ay içərisində geri çəkiləcək. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz.









